İdman

Millinin futbolçusu etik qaydanı pozsa... - Ruslar cəzaları açıqladılar

19 Noyabr 2019 19:04
0 Şərh     Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Futbol İttifaqı (RFİ) ölkə milli komandasının futbolçularına daxili qayda pozuntularına görə tətbiq olunacaq cərimələri açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,millinin təlim-məşq toplanışı, RFİ, FİFA və UEFA tədbirlərində iştiraka gecikməyə görə cərimə 500 avro müəyyən edilib (üzürsüz səbəbə görə 750 avro).

Bundan başqa digər cəzalar isə aşağıdakı kimidir:

Millinin rəsmi tədbirində iştiraka gecikməyə görə cərimə - 1 min avro. Tədbirdə iştirak etməməyə görə 1250 avro.

Baş məşqçinin, məşqçilərin, RFİ rəhbərliyinin tapşırığını yerinə yetirməməyə görə 1,5 min avro. RFİ-nin sponsor müqaviləsin pozmağa görə 3 min avro.

Təlim-məşq toplanışı, məşqlər və iclas zamanı qeyri-idman davranışlara görə cərimə - 1,5 min avro.

Milli daxilində qadağan olunan xəbəri yaymağa görə cərimə - 3 min avro.

Cəmiyyət qarşısında etik və əxlaqi normaları pozmağa cərimə - 1,5 min avro.

Ciddi qayda pozuntusuna görə qırmızı vərəqə və təhqiramiz davranışa görə cərimə - 3 min avro.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.