İdman

Qvardiolanın menecerindən "Bavariya" açıqlaması

19 Noyabr 2019 08:48
0 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Josep Mariya Orobitg meneceri olduğu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın "Bavariya"ya qayıdacağı iddialarına münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib: "Peplə danışmışam. O, "Mançester Siti"də və bu şəhərdə olmaqdan məmnundur. Qvardiolanın klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Onunla bağlı mənimlə heç bir klub nümayəndəsi danışıq aparmayıb".

Qeyd edək ki, 48 yaşlı mütəxəssis və ailəsinin Mançesterdə yaşamağa uyğunlaşmaqda çətinlik çəkdiyi və Münhen klubuna qayıda biləcəyi iddia olunurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.