İdman

Andorralı futbolçudan dünya rekordu

18 Noyabr 2019 20:54
0 Şərh     Baxış: 1 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Andorra millisinin kapitanı İldefenso Lima dünya rekordu müəyyənləşdirib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçinin rekordu Avro-2020-nin seçmə mərhələsinin 10-cu turunda Türkiyə ilə oyunda (0:2) qeydə alınıb.

Lima milli komandada ən uzun müddət çıxış edən futbolçu adını qazanıb. 1997-ci ildə Andorra yığmasında debüt edən Lima, 22 il 148 gün millinin şərəfini qoruyub.
Bundan əvvəlki rekord 22 il 145 günlə Ekvador millisinin üzvü İvan Hurtadoya aid idi.

Bundan başqa, Andorra millisi yığması tarixində ilk dəfədir ki, iştirak etdiyi bir turnirin seçmə mərhələsində qrup sonuncusu olmur. "Cırtdanlar" H qrupunu 4 xalla 5-ci sırada tamalayıb . Moldova millisi isə 3 xalla sonuncu olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.