İdman

13 ilin ən yaxşısı Messi, Ronaldu isə… - SİYAHI

18 Noyabr 2019 14:29
6 Şərh     Baxış: 6 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Squawka" nəşri Avropanın TOP-5 liqasında son 13 ildə ən çox driblinq edən futbolçunun adını açıqlayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu, "Barselona"nın argentinalı futbolçusu Lionel Messidir. 32 yaşlı hücumçunun 1880 driblinq cəhdinin 57,2 faizi uğurlu olub.

İkinci sırada isə "Real"ın belçikalı oyunçusu Eden Hazarddır. Hazard 1220 cəhdin 57,1 faizində uğurlu olub.

Siyahının 3-cü sırasında isə bu yay "Fiorentina"ya keçən Frank Riberidir. Fransız futbolçu 939 cəhdin 47,9 faizində rəqiblərini keçməyib bacarıb.

İlk 10-luq

1 Lionel Messi ("Barselona") - 1880 cəhd, 57,2 faiz
2 Eden Hazard ("Real") - 1220, 57,1
3 Frank Riberi ("Fiorentina") - 939, 47,9
4 Serxio Aquero ("Mançester Siti") - 832. 46,6
5 Kriştianu Ronaldu ("Yuventus") - 816, 44,
6 Xoakin ("Betis") - 798, 50,9
7 Hatem Ben Arfa (klubsuz) - 770, 50,6
8 Andres İnyesta ("Vissel Kobe") - 739, 60,9
9 Roberto Firmino ("Liverpul") - 736, 56,8
10 Neymar (PSJ) - 734, 50,2.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.