İdman

"Heç kim oyundan çıxarılmağı sevmir" - Ronaldu əvəzlənməyini şərh etdi

18 Noyabr 2019 10:50
0 Şərh     Baxış: 2 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasında "Lokomotiv" İtaliya A seriyasında "Milan"la matçlarda əvəzlənməsinə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, əvəzləndiyi üçün baş məşqçisi Maurisio Sarri ilə aralarında narazılıq olmadığını deyib. Portuqaliya millisinin üzvü zədə səbəbindən əvəzləndiyini təsdiqləyib: 

"Son üç həftədir fiziki problemlərlə oynayıram. Baş məşqçi ilə anlaşılmazlıq yoxdur, bunu media uydurdu. "Yuventus"a kömək etməyə çalışırdım. Heç kim oyundan çıxarılmağı sevmir, amma məşqçi heyətinin qərarını anlaya bilirəm. Çünki 100 faiz hazır deyildim. Komandam üçün bəzi fədakarlıqlar etdim. Portuqaliya millisi ilə isə Avropa çempionatından kənarda qala bilərdik. Özümü yenə təhlükəyə atdım. Karyeram ərzində ciddi bir zədə problemim olmayıb, amma bu, hər an ola biləcək durumdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.