İdman

Almaniya yığmasından rekord göstərici

17 Noyabr 2019 19:53
0 Şərh     Baxış: 945

Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda Belarus yığmasına 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanan Almaniya yığması rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bundestim tarixində 13-cü dəfə Avropa çempionatının finalında iştirak hüququ qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir.

Almanlar 1972-ci ildən indiyədək bütün Avropa çempionatlarının final mərhələsində iştirak etməyi bacarıblar.

Qeyd edək ki, Almaniya millisi tarixində üç dəfə - 1972, 1980 və 1996-cı illərdə Avropa çempionatının qalibi olublar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.