İdman

"Messinin hazırkı müqaviləsində birtərəfli ləğv etmək haqqı var"

17 Noyabr 2019 14:39
10 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barcelona"ın texniki meneceri Erik Abidal komandayla bağlı açıqlama verib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, katalonların ümumi vəziyyəti ilə bağlı danışan klub rəsmisi, hücumçu Lionel Messi ilə yeni müqavilə ilə üçün danışıqlara başlandığını da bildirib:

"Messi bizim üçün vacib futbolçudur. Onun hazırkı müqaviləsində birtərəfli ləğv etmək haqqı var. Amma artıq klub prezidenti bu maddəni aradan qaldırmaq üçün Messi ilə danışıqlara başlayıb.

Hazırda heyətimiz keçən mövsümlə müqayisədə daha yaxşıdır. Bundan başqa, uğur qazanmaq üçün zehniyyət də vacibdir. Bir komanda lazım olan zehniyyətdədirsə, bütün hədəflərinə çata bilər".

Qeyd edək ki, Messinin "Barcelona" ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.