İdman

23 yaşlı türkü 11 Avropa klubu istəyir

17 Noyabr 2019 12:59
0 Şərh     Baxış: 1 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Trabzonspor"un və Türkiyə millisinin üzvü Uğurcan Çakıra Avropanın 11 klubundan təklif var.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə 23 yaşlı qolkiperin meneceri Engin Kırkpınar məlumat verib.

Menecer bildirib ki, Uğurcan Çakırı istəyən klubların arasında "Liverpul" da var: "Sadəcə "Liverpul" deyil, 3 İngiltərə, 3 İspaniya və 4 Fransa klubu istəyir. "Trabzonspor"un onu 20 milyon avrodan aşağı qiymətə satacağına inanmıram. Həmçinin qış fasiləsində bu transferin baş tutmaq ehtimalı azdı".

Qeyd edək ki, Uğurcan Çakır "Trabzonspor"un yetirməsidi. O, cari mövsümdə 18 rəsmi oyuna çıxıb. Həmçinin bu ildən Türkiyənin əsas millisinə dəvət alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.