İdman

Mançini İtaliya yığmasının tarixinə düşdü

16 Noyabr 2019 18:26
0 Şərh     Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi uğura imza atıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis İtaliya yığmasında ardıcıl 10 qələbə qazanaraq komandanın tarixinə düşüb.

Təcrübəli məşqçi AVRO-2020-nin seçmə mərhələsində səfərdə Bosniya və Herseqovinanı məğlub etdikləri (3:0) oyunda buna nail olub.

İtaliya J qrupundakı bütün matçlarını qələbə ilə bitirib, bu oyunlardan öncə isə yoldaşlıq oyununda ABŞ-ı 1:0 hesabı ilə üstələyib.

Yığmadakı əvvəlki rekord 1938-ci ildə ardıcıl doqquz qələbə qazana bilən baş məşqçi Vittorio Pozzoya aid idi.

Qeyd edək ki, İtaliya millisi AVRO-2020-nin final mərhələsinə vəsiqəni öncədən təmin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.