İdman

Keyni rekorddan 1 qol ayırır

15 Noyabr 2019 13:59
0 Şərh     Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2020-nin seçmə mərhələsində Monteneqro üzərində 7:0 hesablı qələbə qazanan İngiltərə yığmasının hücumçusu Harri Keyn het-trikə imza atıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, bu il ərzində yığmasının heyətindəki ümumi qolların sayını 11-ə çatdırıb.

Keyn bununla Piter Krauça məxsus (2006-cı il) göstəricini təkrarlayıb. Bu baxımdan rekord isə Corc Hilsdon və Diks Dinə məxsusdur. İngiltərə millisinin sabiq üzvləri müvafiq olaraq 1908 və 1927 ildə 12 dəfə fərqlənib. Keyn noyabrın 17-də Kosovo ilə qarşılaşmada daha bir qol vurarsa, rekordu təkrarlayacaq.

Millinin heyətindəki ümumi qolların sayını 31-ə çatdıran Keyn əfsanəvi futbolçular Frenk Lempard və Alan Şireri geridə qoyaraq, 6-cı pilləyə yüksəlib. O, hazırda Maykl Ouen (40 qol), Cimmi Qrivz (44), Qari Lineker (48), Bobbi Çarlton (49) və Ueyn Runidən (53) geri qalır.

Bundan başqa, ingilislər 32 ildən sonra doğma meydanda rəqib qapısından 7 top keçirməyi bacarıblar. "Dumanlı Albion" təmsilçisi sonuncu dəfə 1987-ci ildə Türkiyə yığmasını 8:0 hesabı ilə məğlub etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.