İdman

Uels yığmasında daha iki futbolçu heyətdən çıxarıldı

15 Noyabr 2019 14:09
0 Şərh     Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avro-2020-nin seçmə mərhələsində növbəti oyununu millimizə qarşı keçirəcək Uels yığmasının heyətindən daha iki futbolçu çıxarılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz seçmə mərhələnin son görüşlərində "Derbi"nin hücumçusu Tom Laurens və "Lester"in qapıçısı Denni Uordun xidmətindən yararlana bilməyəcək.

Laurensin səhhətində problem yaranıb. Uord isə şəxsi işləri ilə əlaqədar məşqçilər korpusundan icazə alıb.

Qeyd edək ki, yarımmüdafiəçilər Devid Bruks ("Bornmut"), Co Uilyams ("Sanderlend") və müdafiəçi Co Rodon ("Suonsi") zədəli olduğundan, Co Allen ("Stok Siti") isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacaq. "Aston Villa"nın müdafiəçisi Nil Teylor isə şəxsi işlərinə görə heyətdən kənarlaşdırılıb.

Noyabrın 16-da Bakıda yığmamızın qonağı olacaq Uels millisi 3 gün sonra Macarıstanı qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.