İdman

"Xəyalımızı gerçəkləşdirdik” - Şenol Günəş

15 Noyabr 2019 11:34
0 Şərh     Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiyaya qarşı keçirdikləri oyunu şərh edib, qitə birinciliyinə vəsiqəni təmin etmələrindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 0:0 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

"Ölkə olaraq bir xəyalımız vardı. Bu hədəfə çatmaq çox önəmli idi. Sonunda bu xəyalımızı gerçəkləşdirdik. 9 ay oldu, 9 doğurduq və uşaq oldu. Bu uşağa yaxşı baxmaq lazımdı. Avropa çempionatında da yaxşı işlər görməliyik.

Bu oyunda qol vura bilmədik. İlk hissədə hücuma çıxa bilmədik. Rəqibin sərt oyununa məruz qaldıq. Amma fasilədən sonra daha yaxşı idik, rəqibin sərtliyinə cavab verdik. Nəticədə iki ardıcıl heç-heçəyə imza atdıq.

Dünya və Avropa çempionatlarına daimi olaraq qatılmaq üçün, Türkiyə futbolunu yenidən ələalmaq lazımdı. Futbol ölkəmizdə çox sevilir. Yenidən bu həyəcanı yaşatmağa başlayan futbolçularıma təşəkkür edirəm. Bu, mənim yox, bizim komandamızdı. Xəyalımız çoxdu, amma bu xəyalları tək mənim həyata keçirməyim mümkünsüzdü. Yeni nəsillərin önünü açmağın xəyalını qururam. Mənim ən böyük hədəfim dünya çempionatı ilə bağlıdı. Avropa çempionatında yaxşı nəticələr qazana bilsək, DÇ-də daha yaxşı yerlərə çıxa bilərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.