İdman

Bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar olacaq

15 Noyabr 2019 11:04
0 Şərh     Baxış: 2 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX turun növbəti oyunları keçiriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,ikinci oyun günündə 3 qrupda 8 görüş keçiriləcək. D qrupunda Danimarka Cəbəllütariqi, İsveçrə isə Gürcüstanı qəbul edəcək. Danimarka və İsveçrə rəqiblərini məğlub etməklə mərhələ şanslarını son tura saxlamaq istəyəcəklər. Yalnız Danimarka "cırtan ölkə"ni məğlub etsə, Gürcüstanın qələbəsi sayəsində vəsiqəni təmin edə bilər.

F qrupunda 3 qarşılaşma keçiriləcək. Mərhələni öncədən təmin etmiş İspaniya heç bir iddiası olmayan Malta ilə qarşılaşacaq. Norveç Farar adaları ilə, Rumıniya isə İsveçlə üz-üzə gələcək. İsveç səfərdə qələbə qazansa, final mərhələsinə yüksələcək. Rumıniya isə Millətlər Liqasında yoluna davam etdiyi üçün şanslarını qoruyacaq. Əvəzində Norveç millisi qələbə qazanmalı və son turadək şansını qorumaq üçün əsas rəqiblərinin heç-heçə etmələrini gözləməlidir. Bunlar gerçəkləşməsə, komanda Millətlər Liqasında yoluna davam edəcək.

J qrupunda İtaliya Bosniya və Herseqovinanın qonağı olacaq. Roberto Mançininn rəhbərlik etdiyi komanda vəsiqəni təmin edib, meydan sahibləri isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə şansını böyük ölçüdə itirib. Ermənistan Yunanıstanı, Finlandiya isə Lixtenşteyni qəbul edəcək. Finlandiya doğma azarkeşlər önündə zəif rəqibini üstələsə, digər matçların nəticələrindən asılı olmayaraq, tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək.

AVRO-2020

Seçmə mərhələ, IX tur

15 noyabr

D qrupu

23:45. Danimarka - Cəbəllütariq

23:45. İsveçrə - Gürcüstan

Xal durumu: İrlandiya - 12 xal (7 oyuna), Danimarka - 12 (6), İsveçrə - 11 (6), Gürcüstan - 8 (7), Cəbəllütariq - 0 (6).

F qrupu

21:00. Norveç - Farer Adaları

23:45. Rumıniya - İsveç

23:45. İspaniya - Malta

Xal durumu: İspaniya - 20 xal (8 oyuna), İsveç - 15 (8), Rumıniya - 14 (8), Norveç - 11 (8), Farer adaları - 3 (8), Malta - 3 (8).

J qrupu

21:00. Ermənistan - Yunanıstan

21:00. Finlandiya - Lixtenşteyn

23:45. Bosniya və Herseqovina - İtaliya

Xal durumu: İtaliya - 24 (8 oyuna), Finlandiya - 15 (8), Ermənistan - 10 (8), Bosniya və Herseqovina - 10 (8), Yunanıstan - 8 (8), Lixtenşteyn - 2 (8).

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.