İdman

Arda Turanla bağlı qərar verildi

14 Noyabr 2019 21:06
0 Şərh     Baxış: 1 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Başakşəhər" müqaviləsi mövsümün sonunda başa çatacaq Arda Turanla bağlı qərarını verib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə müqaviləni uzatmaq fikrində deyil.

Buna səbəb "Barselona"dan icarə götürülən futbolçunun istənilən oyunu göstərə bilməməsidir. "Başakşəhər"in son aylarda oyununa görə tənqid edilən futbolçuya təklif gələcəyi halda qış fasiləsində klubdan ayrılmasına icazə veriləcəyi billdirilir.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Kataloniya klubundan icarə əsasında heyətə qatılan futbolçu bu mövsüm əsas heyətdə meydana çıxmayıb. Arda meydana sonradan daxil olduğu 7 oyunda qol hesabını aça bilməyib. Onun "Başakşəhər"lə icarə müqaviləsi 2020-ci ilin yayına qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.