İdman

PSJ İkardini birdəfəlik almaq istəyir

14 Noyabr 2019 20:19
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ müqavilə ilə İnter-ə məxsus olan futbolçusu Mauro İkardini birdəfəlik almaq istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi argentinalı hücumçunun oyunundan razı olduğu üçün onu komandada saxlamağı düşünür. Klub nümayəndələrinin artıq 26 yaşlı futbolçunun agenti və xanımı Vanday Narayla danışıqlara başladığı və müqavilənin detallarını müzakirə etdiyi bildirilib.

PSJ yayda icarəyə götürdüyü İkardinin təzminat qiyməti olan 65 milyon avro ödəməyi planlaşdırır. Klub futbolçunun özü ilə isə 5 illik müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, İkardi bu mövsüm 10 matçda 9 qol vurub, 1 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.