İdman

"Neftçi"də 19 yaşlı futbolçu

14 Noyabr 2019 18:09
0 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" baxışa yeni futbolçu dəvət edib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie" akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea" (2016-2017), "Satellit" (2017-2018) və "Kalum Star" (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.