İdman

Levandovskidən yeni rekord

14 Noyabr 2019 17:19
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın futbolçusu Robert Münhen təmsilçisində oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, klubun rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun yekun nəticəsinə əsasən, 75.6 faiz səslə 1-ci olub. Polşalı hücumçu səsvermədə Serj Qnabri (10 faiz) və Manuel Noyeri ( 6 faiz) qabaqlayıb.

Bununla da, Levandovski ardıcıl üçüncü dəfə klubun ən yaxşı oyunçusu seçilib. Bu isə rekord göstəricidir. 31 yaşlı futbolçudan əvvəl heç kim bu uğura nail olmamışdı.

Qeyd edək ki, Levandovski oktyabrda 6 matçda 7 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.