İdman

Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza aldı

14 Noyabr 2019 11:26
0 Şərh     Baxış: 813

"Mançester Siti"nin futbolçusu Bernardo Silva sosial şəbəkə hesabında komanda yoldaşı Benjamin Mendiyə etdiyi zarafata görə cəza alıb.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, İngiltərə Futbol Federasiyası portuqaliyalı oyunçunu irqçilikdə ittiham edərək 1 oyunluq cəza kəsib. Bundan əlavə, Bernardo Silva 50 min funt-sterlinq məbləğində cərimə də ödəyəcək.

Xatırladaq ki, Bernardo Silva sentyabrın 22-də "Tvitter"də Benjamin Mendinin uşaqlıq şəklini və bir şokolad markasının maskotunu paylaşaraq, izləyicilərinə "kim olduğunu təxmin edin" sualını ünvanlamışdı. Amma bu addımına görə ciddi təzyiqlərlə üzləşən futbolçu həmin paylaşımını silmək məcburiyyətində qalmışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.