İdman

Montolivo karyerasını bitirdi

14 Noyabr 2019 08:38
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya millisinin sabiq üzvü Rikardo Motolivo karyerasını bitirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında özünə qarşı biganəliyə görə bu qərarı verdiyini deyib:

"Bu andan etibarən futbolu bitirirəm. Ailəmlə birlikdə Milanda yaşamağa davam edəcəm. Bundan sonra nə edəcəyimi bilmirəm. "Milan" məni karyeramı bitirməyə vadar etdi. 7 ildən sonra azarkeşlərlə vidalaşa bilmədim. Mənə qarşı biganəlik, hörmətsizlik futbola olan ehtirasımı öldürdü. Heç kim mənimlə maraqlanmadı. zəng etmədi, danışıq aparmadı".

Qeyd edık ki, 2012-ci ildən "Milan"da çıxış edən Montolivo ötən mövsüm heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Onun "qırmızı-qaralar"la müqaviləsi 2019-cu ilin yayında bitmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.