İdman

Millimizin baş məşqçisindən 1:6 məğlubiyyətinə şərh - "Unutmalıyıq"

14 Noyabr 2019 08:28
1 Şərh     Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıq. Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində Yunanıstana 1:6 hesabı ilə uduzduqları oyundan sonra AFFA-nın saytına deyib.

O bildirib ki, yığmamızın qapısına təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişib: "9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.