İdman

Qvardiola "Bavariya"ya qayıda bilər

14 Noyabr 2019 08:18
1 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Bavariya"ya qayıda bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb. Bildirilir ki, 48 yaşlı mütəxəssis və ailəsinin Mançesterdə yaşamağa uyğunlaşmaqda çətinlik çəkirlər. Onların İspaniyadan sonra Almaniyanı öz evləri kimi gördükləri vurğulanıb. Bundan başqa, Qvardiolanın Münhendə evinin qaldığı yazılıb.

Nəşr yazıb ki, "Bavariya" bu mövsümün sonuna kimi Qvardiolanı gözləməyə razıdır. Klubun ona uzunmüddətli müqavilə təklif etməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Niko Kovaçın istefaya göndərilməsindən sonra "Bavariya"da baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Hans-Diter Flik yerinə yetirir.

Xatırladaq ki, Qvardiola 2013-2016-cı illərdə Bundesliqa təmsilçisini çalışdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.