İdman

"Çelsi"nin uğurunun səbəbi: Lempardın cəzaları - FOTO

13 Noyabr 2019 18:59
0 Şərh     Baxış: 1 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 3-cü sırada yer alan "Çelsi"nin baş məşqçisi Frenk Lempardın futbolçulara tətbiq etdiyi cəzaların siyahısı açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lempardın tətbiq etdiyi bu cəzaların komandanın inkişafında xüsusi rolunun olduğu bildirilir. "Çelsi"də məşqə gec başlayan 20 min, xəstə və ya zədəsi olan futbolçu bu haqda komanda rəhbərliyini 1,5 saatdan əvvəl xəbər etməməsi halında isə 10 min funt-sterlinq cərimələnir:

Lempardın cərimələri:

Oyun günü gecikmə - 2500 funt-sterlinq

Məşqə gecikmə - 2500 (hər 15 dəqiqə üçün 2500)

İsinmə hərəkətlərindən əvvəl idman zalına gecikmə - 1000

Müayinəyə gecikmə - 2500

Komandanın iclasına gecikmə - 500

Məşqə gec başlama - 20000

Komandanın yeməyində və ya iclasda telefon istifadə etmək - 1000

Oyundan sonra icazəsiz komandanın avtobusu ilə getməmək - 5000

Xəstə və ya zədəli oyunçunun bu haqda rəhbərliyə məşqdən 1,5 saat əvvəl xəbər verməməsi - 10000

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.