İdman

Azərbaycan - Uels oyununun hakimləri açıqlandı

13 Noyabr 2019 16:12
0 Şərh     Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının hakim təyinatları müəyyənləşib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.

Dəniz Aytəkin matçın baş hakimi olacaq. Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.