İdman

Dünya Cüdosunun əfsanələrindən biri sayılan Oleq Kretsul Bakıya gəlib

12 Noyabr 2019 12:39
0 Şərh     Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib. Məşhur idmançı Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər" adlı Beynəlxalq Qala Təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.

Milli.Az xəbər verir ki, "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatında Oleq Kretsulun da çıxışı olacaq.

Qeyd edək ki, Oleq Vasilievich Kretsul  peşəkar idman sahəsində tanınmış, böyük nüfuza malik paralimpiyaçı cüdoçulardan biridir.

O, 21 fevral 1975-ci ildə Kişinyov şəhərində anadan olmuşdur.10 yaşında ikən cüdo ilə məşgul olmağa başlayıb.

Gəncliyində Beynəlxalq və Ümumittifaq Cüdo və Sambo Turnirlərinin dəfələrlə qalibi olmuşdur. 16 yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanmış,  21 yaşında  isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirmişdir.1996-cı il  Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.

1997-ci ildə  keçirdiyi avtomobil qəzasında həyat  yoldaşı vəfat edir, özü isə aldıgı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirir.
Bir müddət sonra yenidən cüdoya qayıdır, amma bu dəfə paralimpiyaçı kimi.

Paralimpiya hərəkatına qoşulduqdan sonra Oleg Kretsulun mükafat və titullarının siyahısı sürətlə böyüməyə başlayır. O, 2008 Pekin Yay Paralimpiya Oyunlarının qalibidir, dörd qat dünya və üç qat Avropa  çempionudur,əməkdar idman ustasıdır.

2006-cı ildə "Vətənə xidmətə görə" II dərəcəli ordenlə, 2009-cu ildə isə "Dostluq Ordeni" ilə təltif olunmuşdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.