İdman

"Yuventus" Ronaldunu cərimələyəcək?

12 Noyabr 2019 08:53
0 Şərh     Baxış: 2 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus" futbolçusu Kriştianu Ronaldunu İtaliya A seriyasının 12-ci turunda "Milan"la oyundan (1:0) sonra etdiyi hərəkətə görə cəzalandırılmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu sözügedən görüşün 55-ci dəqiqəsində əvəzləndiyi üçün  meydanı tərk edərək, birbaşa paltardəyişmə otağına yollanıb, sonra isə matç başa çatmamış stadiondan ayrılıb. İtaliya mətbuatı yazıb ki, klubun daxili qaydalarına əsasən, Turin təmsilçisi 34 yaşlı oyunçunu etdiyi hərəkət səbəbindən böyük məbləğdə cərimələməli idi. Ancaq "Yuventus" Ronalduya sanksiya tətbiq etməməyə qərar verib.

Qeyd edək ki, komandanın baş məşqçisi Maurisio Sarri oyundan sonra mətbuat konfransında portuqaliyalı futbolçunu dizində ağrı hiss etdiyi üçün əvəzlədiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.