İdman

"Avropanın ən güclü komandasına qarşı göstərdiyimiz oyuna görə qürurluyam" - Qvardiola

11 Noyabr 2019 17:59
0 Şərh     Baxış: 1 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda "Liverpul"a 1:3 hesabıyla məğlub olduqları oyundan sonra açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan mütəxəssis, futbolçuları ilə qürur duyduğunu deyib:

"Bu gün oynadığımız oyunla Premyer Liqada niyə çempion olduğumuzu göstərdik. Komandamla qürur duyuram. Avropanın ən güclü komandasına qarşı göstərdiyimiz oyuna görə qürurluyam. Bu gün ardıcıl iki mövsüm çempion olmuş komanda kimi oynadıq. "Liverpul"un nə qədər yaxşı komanda olduğunu inkar edə bilmərik. Hər zaman mübarizə aparacağıq, öz istəyimizdən imtina etməyəcəyik. Ardıcıl çempionluqlar qazanmağımızın da səbəbi budur. Hazırda qarşımızda çempionluq şansı daha yüksək olan üç komanda var, amma mübarizə aparacağıq. Sehrbaz deyiləm, gələcəyi görə bilmərəm. Bundan sonra qarşıdakı "Çelsi" ilə oyuna hazırlaşacağıq".

48 yaşlı mütəxəssis, oyundakı hakim qərarları, verilməyən penalti epizodu ilə bağlı bunları deyib:

"O epizodları hakimlərdən soruşmalısız, məndən yox. Baş hakimdən və VAR hakimlərindən soruşmaq lazımdır. Mən göstərdiyimiz yaxşı oyunla bağlı danışacam".

Qeyd edək ki, Premyer Liqada 12 turdan sonra xallarının sayını 34-ə çatdıran Liverpool turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və "Mançester Siti"ni 9 xal qabaqlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.