İdman

"Liverpul 6 xal irəlidədir və əla mövsüm keçirir" - Qvardiola

10 Noyabr 2019 18:12
0 Şərh     Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"in baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda keçirəcəkləri "Liverpul"la oyunla bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, oyunla bağlı bunları deyib:

"Zehni yanaşmaya və taktiki qərarlara köklənəcəm. Statistika barədə düşünmürəm, amma uzun müddət qalib gəlməməyimiz Enfield Roud-da qələbə qazanmağın nə qədər çətin olduğunu göstərir. Belə stadionlarda oynamaq asan deyil. "Liverpul" yaxşı komandadır. Rəqib 6 xal irəlidədir və əla mövsüm keçirir. Amma mən komandamı səfərə məğlub olmaq düşüncəsiylə aparmıram. Heç vaxt məğlub olmaq düşüncəsi olmayıb, həmişə xüsusi bir şey etməyi düşünürəm. Kiçik nüanslara diqqət etməli və qələbəyə inanmalıyıq. Həm psixoloji, həm də taktiki cəhətdən qalib gəlmək üçün nəyin lazım olduğunu futbolçulara izah etməyə çalışacam".

Qeyd edək ki, "Liverpul" - "Mançester "Siti" oyunu bu gün, saat 20:30-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.