İdman

Teymur Rəcəbovdan heç-heçə

5 Noyabr 2019 20:43
0 Şərh     Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirində ilk görüşünü başa vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsində Rusiya təmsilçisi Daniil Dubovla üz-üzə gəlib.

İlk görüşdə heç-heçə qeydə alınıb - 0,5:0,5. Şahmatçılar arasındakı ikinci duel sabah keçiriləcək. Həmin qarşılaşmada da qalib müəyyənləşməsə, növbəti gün "tay-breyk" olacaq.

Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı Qran-prinin qalibi olub. Dünya Kubokunu qazanan Teymur Rəcəbov isə öncədən İddiaçılar Turnirində iştirak hüququ qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.