İdman

AFFA Premyer Liqa klublarını cərimələdi

5 Noyabr 2019 15:14
0 Şərh     Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 10-cu turunda  baş verənlər müzakirə olunub.

"Neftçi" - "Qarabağ" matçında  qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

"Qəbələ" - "Sabah" matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

"Zirə" - "Sumqayıt" matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

"Zirə"  oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün klub 800 manat cərimə olunub.

Oyunun ikinci hissəsi "Zirə"nin gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbəblə klub 2400 manat cərimə olunub.

"Səbail" - "Keşlə" matçında meydan sahiblərinin gecikməsi səbəbilə oyun 3 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "Səbail"in futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.