İdman

Teymur Rəcəbov Qran-Pri turnirində mübarizə aparacaq

4 Noyabr 2019 19:19
1 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 5-də Hamburqda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın 16 ən güclü şahmatçısının mübarizə aparacağı turnirdə Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək.

Ümumilikdə 21 şahmatçının gücünü sınadığı bu nüfuzlu yarış dörd mərhələdən ibarətdir. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. Yarışın iyulun 11-24-də Riqada keçirilən bundan əvvəlki mərhələsində Şəhriyar Məmmədyarov qalib adını qazanıb. T.Rəcəbov isə həmin mərhələdə iştirak etməyib. Qran-Pri seriyasının mayda Moskvada keçirilən birinci mərhələsində isə hər iki təmsilçimiz ilk raundda uduzduğu üçün turnirlə vidalaşmalı olub.

Qran-Pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Ş.Məmmədyarov, həm də T.Rəcəbov mübarizə aparacaq.

Qeyd edək ki, Hamburq Qran-Prisi Teymur Rəcəbovun dünya kuboku turnirindən sonra ilk yarışıdır. Təmsilçimiz Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub. O, eyni zamanda, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.

Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.