İdman

“İbrahimoviçi gətirmək üçün hər şey edəcəyik”

4 Noyabr 2019 14:38
0 Şərh     Baxış: 2 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda "Los Anceles Qalaksi" klubunda forma geyinən Zlatan İbrahimoviç İtaliyaya qayıda bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, isveçli hücumçu A Seriyası təmsilçisi "Bolonya"da oynamaq istəyir. Bu barədə klubun idman direktoru Volter Sabatini yerli mətbuata açıqlamasında deyib:

"İbrahimoviç baş məşqçimiz Sinişa Mihayloviçlə yaxşı əlaqələrinə görə bizim komandaya gəlmək istəyir. Bu, mümkünsüz deyil. O da Mihayloviçə kömək etmək istəyir. İbrahimoviçi gətirmək üçün hər şey edəcəyik".

İtaliya mətbuatı "Bolonya"nın İbrahimoviçə 8 milyon avro qazanacağı 18 aylıq müqavilə təklif etdiyini iddia edir. 38 yaşlı hücumçu İtaliyada daha əvvəl "Yuventus", "İnter" və "Milan"da forma geyinib.

Qeyd edək ki, İbrahimoviçin "Los Anceles Qalaksi" ilə müqaviləsi bu ilin sonunda bitir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.