İdman

""Qarabağ"a mütləq qalib gəlməliyik" - APOEL-in futbolçusu

4 Noyabr 2019 12:58
0 Şərh     Baxış: 2 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qol vurmaq üçün daha çox imkan qazanmalıyıq. Hücumu yaxşı sonluqla tamamlaya bilmirik, səhvlərə yol veririk.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözlər APOEL-in yarımmüdafiəçisi Andre Vidiqal Kipr çempionatının son turunda AEK-lə görüşdən (0:0) sonra deyib.

Portuqaliyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la keçiriləcək oyuna da toxunub. O, Ağdam klubuna mütləq qalib gəlməli olduqlarını bildirib: "Hər oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə aparırıq. Yolumuza davam edirik.  Avropa Liqasında vacib oyunumuz olacaq. Növbəti mərhələ şansını davam etdirmək istəyiriksə, "Qarabağ"a mütləq qalib gəlməliyik".

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də Nikosiyada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.