İdman

Son Hın Min rəqibinin ayağını qırdı, göz yaşlarını saxlaya bilmədi - VİDEO

4 Noyabr 2019 11:59
0 Şərh     Baxış: 3 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Everton"un futbolçusu Andre Qomeşin ayağı qırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem"lə oyunda baş verib.

Matçın 78-ci dəqiqəsində rəqib futbolçusu Son Hın Minlə mübarizə zamanı onun ayağı qırılıb. Hakim cənubi koreyalı futbolçunu qırmızı vərəqə ilə meydandan qovub. O, rəqibinin ayağını qırdığı üçün göz yaşlarını saxlaya bilməyib.

"Everton"un rəsmi saytı Andre Qomeşin ayaq sümüyünün qırıldığını təsdiqləyib. Portuqaliyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.