İdman

"Rumıniyalı Mbappe" top klubların hədəfində

3 Noyabr 2019 22:20
0 Şərh     Baxış: 1 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyanın "Styaua" komandasının futbolçusu Florinel Koman Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Çelsi", "Mançester Siti" və PSJ 21 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Klubların artıq Buxarest təmsilçisi ilə ilkin danışıqlara başladığı bildirilir.

PSG-nin futbolçusu Kilian Mbappe ilə müqayisə edilən Koman, 21 yaşadək futbolçulardan ibarət Rumıniya milli komandasının da formasını geyinir.

Bu mövsüm "Styaua" ilə 19 oyuna çıxan hücumçu, 8 qol vurub, 5 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.