İdman

Cüdoçumuz Avstraliyada gümüş medal qazanıb - FOTO

3 Noyabr 2019 18:36
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeniya açıq turnirinə start verilib.

Azərbaycan Cüdo Federasiyasından Milli.Az-a verilən məlumata görə, beynəlxalq yarışın ilk günü cüdoçumuz Nicat Şıxəlizadə gümüş medala sahib olub. Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan N.Şıxəlizadə Böyük Britaniya, Avstraliya, Braziliya və Almaniya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə ispaniyalı Martin Qaiteroya məğlub olan cüdoçumuz turnirin gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparır. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə aktivinə daha 500 xal yazdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.