İdman

Cüdoçumuz Avropa çempionatının qalibi olub

2 Noyabr 2019 19:49
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan idmançısı Rusiyanın İjevsk şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinin qalibi adını qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışın ikinci günündə cüdoçumuz Rəşid Məmmədəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqəni təmin edib. O, həlledici qarşılaşmada Rusiya təmsilçisi Ayub Xacaliyevi məğlub edərək qitə birinciliyinin qalibi olub.

Bu, komandamızın Avropa birinciliyində qazandığı ikinci medaldır. Yarışların birinci günündə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurlan Osmanov gümüş medalı aktivinə yazdırıb.

Avropa birinciliyində 33 ölkədən 235 idmançı (135 kişi, 100 qadın) mübarizə aparır. Ölkəmiz yarışa 9 cüdoçu ilə qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.