İdman

Qadın şahmatçılarımız Ermənistan komandasına qalib gələrək bürünc medal qazandılar

2 Noyabr 2019 16:30
8 Şərh     Baxış: 1 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası 22-ci Avropa çempionatında Azərbaycanın qadın şahmatçılardan ibarət komandası bürünc medala sahiblənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, son turda Ermənistan komandası ilə qarşılaşan Günay Məmmədzadə Lilit Mkrtçyana, Ülviyyə Fətəliyeva Mariya Gevorqyana qalib gəlib. Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

Görüş Azərbaycan millisinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.