İdman

Çempionlar Liqasında riskli oyun

1 Noyabr 2019 19:09
0 Şərh     Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Çexiyanın "Slaviya" komandası ilə evdə keçirəcəyi qarşılaşma yüksək riskli oyun kimi qəbul edilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə qərarı zorakılıq, irqçilik, ksenofobiya əleyhinə hökumət komissiyası verib.

Nəşrdə səbəblər bildirilməsə də, çox güman ki, bu, İspaniya Ali Məhkəməsinin 9 ildən 13 ilə qədər həbs cəzası verdiyi Kataloniyanın 9 liderinin həbsindən sonra oktyabrın ortalarında Barselonada başlayan kütləvi etirazlarla əlaqədardır.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Barselona" - "Slaviya" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.