İdman

İbrahimoviçə Avstraliyadan təklif

1 Noyabr 2019 17:19
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviç Avstraliya təmsilçisi "Pert Qlori"dən təklif alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, məlumatı 38 yaşlı hücumçunun meneceri Mino Rayola da təsdiqləyib. İsveçli forvardın hazırkı klubu ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatır.

Qeyd edək ki, İbrahimoviç ötən il transfer olunduğu "Los-Anceles Qelaksi"nin heyətində keçirdiyi 58 oyundan 53 qol vurub və 15 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.