İdman

Meyvezerdən Həbibə: "Gəl, uzadım səni yat"

1 Noyabr 2019 09:09
6 Şərh     Baxış: 3 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boks üzrə 5 ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova qarşı döyüşməyə hazırdı.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əfsanəvi boks ustası bunu deyib:

"Mən döyüşə hazıram hətta onun təşkilatçılığı ilə də məşğul ola bilərəm. Döyüş boks qaydaları ilə keçiriləcək. Bu mənim idman növümdü və əgər Həbib birinci dillənibsə deməli o mənim dünyama gəlməlidir.

Mən onun müsahibəsini eşitmişəm. O deyir ki, mən Makqreqoru nokauta göndərə bilmədim, amma o irlandiyalını nokdaun etdi. Düzdü? Ok. Gəl, uzadım səni yat". 

Həm Floyd Meyvezer, həm də Həbib Nurməhəmmədov indiyə qədər uduzmayıb: amerikalının hesabı "58-0", rusiyalınınkı isə "27-0"dır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.