İdman

"Vaxt dəyişməsə, oyuna çıxmayacağıq" - Klopp

31 Oktyabr 2019 20:26
0 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə liqa kubokunda 1/4 final matçlarının vaxtının dəyişdirilməyini istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, "Arsenal"a penaltilər seriyasında qalib gəldikləri oyundan sonra deyib. Alman mütəxəssis bildirib ki, yanvar ayında klublararası dünya çempionatında iştirak edəcəkləri üçün kubokun görüşünün vaxtı dəyişdirilməlidir. O, əks təqdirdə, görüşə çıxmayacaqlarını vurğulayıb:
 
"Bu problemin qurbanı biz olmayacağıq. FİFA bizim üçün klublararası dünya kubokunun oynanılacağı tarixi və yeri seçib. Premyer Liqada da matç oynamağımızı istəyirlər. İndi nə edəcəyik? Bir komandanın bütün turnirlərdə oynamasının qarşısını alacaq təqvim hazırlayırsınızsa, bunu dəyişmək məcburiyyətindəsiniz. "Arsenal"la görüşdə qələbə qazanmaq istəyirdik və buna nail olduq. Ancaq vaxt dəyişməsə, ya rəqibimiz növbəti mərhələyə yüskələcək, ya da "Arsenal" bizim yerimizə oynayar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.