İdman

Mourinyo "Arsenal"ı çalışdıra bilər

30 Oktyabr 2019 17:34
0 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin "Arsenal"ın sükanı arxasına keçmə ehtimalı var. Onun London komandasını yaxından izlədiyi və rəsmi təklifə açıq olduğu bildirilir.

"Arsenal"ın hazırkı baş məşqçisi Unay Emeri son vaxtlar uğursuz nəticələrə görə tənqidlə üzləşib. "Topçular" İngiltərə Premyer Liqasında geridə qalan 10 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar "Mançester Yunayted"in baş məşqçi postundan kənarlaşdırılmış Joze Mourinyo "Çelsi"yə də rəhbərlik edib. O, həmçinin vətənində "Portu", İtaliyada "İnter", İspaniyada isə "Real" kimi klublarda çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.