İdman

Stadiona Emiliano Salanın adı verildi

30 Oktyabr 2019 09:56
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinanın "San Martin Proqreso" klubu stadionuna 2019-cu ilin yanvar ayında təyyarə qəzasında vəfat edən Emiliano Salanın adını verib.

Milli.Az xəbər verir ki, stadion adı mərhum futbolçunun doğum günü - oktyabrın 31-i dəyişdiriləcək. Stadionda keçmiş hücumçunun fotoları yerləşdiriləcək.

Emiliano Sala yanvarın 19-u Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə 17 milyon avroya transfer olunmuşdu. Yanvarın 22-də Böyük Britaniyaya yollanan hücumçu La-Manş boğazında təyyarə qəzasına uğramışdı.

Fevralın 6-da 28 yaşlı keçmiş forvardın cəsədi tapılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.