İdman

"Qarabağ"ın oyunu UEFA-nın "xüsusi matçlar" siyahısında

29 Oktyabr 2019 17:59
2 Şərh     Baxış: 1 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA  Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Ağdam klubunun Lüksemburqda Dudulange-la keçirdiyi matçı zamanı baş verən "dron təxribatı"nı əsas götürərək bu addımı atıb.

UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı qarşılaşmanın təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.