İdman

Dibala qol sevincini niyə üzünü örtməklə qeyd edir?

26 Oktyabr 2019 11:09
0 Şərh     Baxış: 1 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Paulo Dibala qol sevincini üzünü örtməklə qeyd etməsinin səbəbini açıqlayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə argentinalı oyunçu, "Otro" nərşinə müsahibəsində deyib:

"Bu, 2016-cı ildə oldu. Ailəm, dostlarım və yaxınlarımla yeni mövsümdə dəyişikliyə ehtiyacımın olduğunu müzakirə edirdim. Özümə xas nələrinsə olmasını istəyirdim.

Qladiatorların tarixini və "Qladiator" filmini çox bəyənirdim. Qladiatorlar döyüşə çıxmazdan əvvəl üzlərinə maska taxırlar. Bunu mən də bir simvol halına gətirmək istədim. Bundan sonra hara getsəm, bütün uşaqlar bu hərəkəti etməyimi istəyir. Bu, danışmağı çox sevdiyim bir hekayədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.