İdman

Abramoviç yenə də “yox” dedi, amma...

25 Oktyabr 2019 12:24
0 Şərh     Baxış: 2 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin sahibi Roman Abramoviç Böyük Britaniyanın viza verməməsi ucbatından "Stemford Bric"ə gələ bilməsə də, kluba sevgisi hələ də tükənməyib. 

Milli.Az Kaspi.az-a istinadən xəbər verir ki, Yaxın Şərqin konsorsiumlarından biri "Çerlsi"ni almaq üçün rusiyalı milyarderə müraciət edib. Ancaq Abramoviç klubu satmaqdan imtina edib. 
 
Abramoviç viza ala bilmədiyi üçün  "Çelsi" ilə bağlı layihələrini də hələlik dayandırıb. Klub üçün yeni stadionun tikintisi də təxirə salınıb. 
 
Bütün bunları nəzərə alan ekspertlər iddia edirlər ki, Abramoviç əvvəl-axır, "Çelsi"ni satmağa razılaşacaq. O, cari mövsümdə klubun heç bir ev oyununda olmayıb. 
 
Ümumiyyətlə, Abramoviç sonuncu dəfə "Çelsi"ni n oyununda Avropa Liqasının Bakıda keçirilən final qarşılaşmasında olub. 
 
Biznesmen "Çelsi"ni 2003-cü ildə alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.