İdman

Şahmatçılarımız Avropa çempionatına uğurla başladılar

24 Oktyabr 2019 22:39
1 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın kişi və qadın şahmatçıları Batumidə keçirilən komandalararası Avropa çempionatının birinci turunu uğurla başa vurublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kişilərdən ibarət komandamız Serbiya şahmatçılarını 3,5:0,5 hesabı ilə məğlub edib. Komandamızın heyətində Şəhriyar Məmmədyarov Aleksandar İndjiç ilə heç-heçə edib. Arkadi Naydiç Nikola Sedlak, Rauf Məmmədov Milan Zajiç, Qədir Hüseynov Velimir İviç üzərində qələbə qazanıblar.

Qadın komandamız isə Latviya yığması üzərində təmiz qələbə qazanıb - 4:0. Günay Məmmədzadə Dana Reiznieçe-Ozolanı, Xanım Balacayeva Laura Roquleni, Ülviyyə Fətəliyeva İlze Berzinanı, Gülnar Məmmədova isə Elizabete Limanovskanı məğlub ediblər.

Birinci turun yekununa görə qadın şahmatçılarımız birinci, kişi zəka ustalarımız isə üçüncü pillədə qərarlaşıblar.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adını qazanıblar. Komandamız 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medallara layiq görülüblər.

Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.