İdman

Yığmamız Monteneqronu da uddu - Dünya çempionatı

24 Oktyabr 2019 22:11
0 Şərh     Baxış: 1 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Joze Alesionun komandası Monteneqro ilə qarşılaşıb.

Dünən Moldova üzərində 3:1 hesablı qələbə qazanan yığmamız  bu dəfə 3:2 hesabı ilə qalib gəlib. Bu gün millimizin yer aldığı qrupda daha bir görüş olub. Slovakiya yığması Moldova ilə oyunda 7:4 hesablı qələbəyə sevinib.

24 oktyabr

DÇ-2020-nin əsas mərhələsi

Azərbaycan - Monteneqro 3:2
Qollar:
 Bolinya, 04:09. R.Çovdarov, 21:49. A.Şocaei, 33:33 - P.Peroşeviç, 07:15. A.Obradoviç, 09:22.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.