İdman

Yığmamız Moldovaya qalib gəldi

23 Oktyabr 2019 22:30
0 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib. Milli.Az matc.az-a istinadən bildirir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Moldova ilə qarşılaşıb. 

Bakı İdman Sarayında keçirilən görüşdə hesabı qonaqlar açıblar. Amma millimiz fasiləyə qədər buraxılan qolun əvəzini çıxmağı bacarıb. İkinci hissədə daha iki qol vuran millimiz əzmkar qələbəyə sevinib.
 
Millimizin yer aldığı qrupun digər oyununda bu gün Slovakiya Monteneqro ilə qarşılaşıb və 5:0 hesabıyla qalib gəlib.
 
DÇ-2020-nin əsas mərhələsi
23 oktyabr
 
Azərbaycan - Moldova 3:1
Qol: T.M.Tyaqo, 11:32; 34:40. Vassura, 32:49 - A.Luşka, 07:15.
Qırmızı vərəqə: İ.Atayev, 23:34.
Hakimlər: Andrey Çerni (Çexiya), İngus Purinş (Latviya), İngo Heemsot (Almaniya)
Hakim-inspektor: Qalan Nyeto Pedro Anxel (İspaniya)
UEFA nümayəndəsi: Assem Kujanova (Qazaxıstan).
 
Azərbaycan: 12. Rövşən Hüseyinli (q), 3. Teles Martins Tyaqo, 6. Borges Eduardo, 10. Oliveyra Do Nascimento Uilyams, 13. Amir Şocaei, 1. Elnur Zamanov (q) 14. Hadi Ahmadi, 9. Nihad İsmayılov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 8. Rizvan Fərzəliyev, 7. Ramiz Çovdarov, 5. Vahid Şafiei, 20. İsaq Soorqali.
Baş məşqçi: Joze Alesio Da Silva.
Moldova: 1. Aleksey Kapsamun (q), 6. Konstantin Burduyel, 7. Andrian Luşka, 9. Kristian Obada, 10. Sergey Takot (k), 12. Andrey Makoviçyuk, 2. Aleksandr Çımbalist, 3. Kristian Krasnov, 4. Sergey Nikolayçuk, 5. Andrey Neqara, 8. Konstantin Nita, 11. Lulian Kojokaru, 13. İon Koval, 14. Konstantin Quryui.
Baş məşqçi: Vladimir Busatı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.