İdman

“Qarabağ” APOEL qədər güclü deyil" - "Düdelanj"ın futbolçusu

22 Oktyabr 2019 21:18
0 Şərh     Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Düdelanj" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Mişel Qaros ölkə çempionatının son turunda zədələnib. Həkim müyinəsindən sonra dizindəki problemə görə futbolçunun 6-8 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə onun üçün Avroliqanın başa çatması deməkdir.

31 yaşlı futbolçu "Qarabağ"la Lüksemburqda keçirilən oyunda qırmızı vərəqə aldığından onun növbəti turda "Sevilya" ilə matçı buraxacağı dəqiq idi.

Fransalı futbolçu Lüksemburq mətbuatına açıqlamasında "Qarabağ"la görüşdə qırmızı vərəqə aldığı epizod haqda danışıb. Hakimin düzgün qərar vermədiyini bildirən futbolçu eyni zamanda APOEL-lə "Qarabağ"ı müqayisə edib: "Qırmızı vərəqə aldığım epizodda hakim düzgün qərar vermədi. Mənim ayağım rəqibə toxunmamışdı. Videodan da aydın görünür. Sadəcə, rəqib yaxşı qışqırdı, yaxşı yıxıldı. Hakimin şotlandiyalı olmasına belə şübhəm yarandı. "Qarabağ" APOEL qədər güclü deyil. Amma biz bu qarşılaşmanı əldən verdik".

Xatırladaq ki, "Qarabağ" Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə məğlub edib. "Düdelanj" isə Kiprdə APOEL üzərində 4:3 hesablı qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.